2007-ci ildən etibarən fəaliyyətə başlayan Kürə Restoran, qısa müddətdə Bakının sevilən və etibarlı restoranlarından birinə çevrilib. Kiçik bir məkanda, az sayda komanda ilə yola çıxsaq da, müştərilərimizin etimadı və dəstəyi nəticəsində qısa zamanda öz yerimizi təsdiqlədik və ailəvi, keyfiyyətə önəm verən bir restoran olaraq seçildik.
Kürə Restoran olaraq fəaliyyətimizin əsas prinsipləri — yüksək keyfiyyət, gigiyenik tələblərə ciddi riayət, gülərüz və peşəkar xidmət, halal və təbii məhsullardan istifadə — hər zaman prioritetimiz olub.
Bizim üçün halal qida anlayışı təkcə dini məsələ deyil, həm də bədənin, psixologiyanın və cəmiyyətin sağlamlığına birbaşa təsir edən vacib amildir. Restoranımızda təqdim edilən bütün qidalar 100% halal qaydalara uyğun şəkildə hazırlanır, istifadə edilən bütün məhsullar keyfiyyət və gigiyenik sertifikatlara malikdir.
Qurucularımızın və rəhbərliyin məqsədi — qısa zamanda maddi qazanc əldə etmək deyil, uzunmüddətli, keyfiyyətli xidmət göstərmək və gələcəyə böyük investisiyalar qoymaqdır. Hər gün mətbəximizə daxil olan təzə və sertifikatlı məhsullar, yüksək peşəkar komanda və müştəri məmnuniyyətinə yönəlik xidmət — bizi fərqləndirən əsas dəyərlərdir.
Bununla yanaşı, restoranımıza gəlmədən də, evinizə və ya ofisinizə zəng və ya sifariş yolu ilə qidalarımızı çatdırmaq imkanınız var. Çatdırılma zamanı da eyni keyfiyyət və diqqət prinsiplərinə sadiq qalırıq.
Hazırda iki restoranda xidmət göstərir, yaxın gələcəkdə isə bu uğuru genişlənərək restoranlar şəbəkəsinə çevirməyi hədəfləyirik. Uğurlarımıza və böyüməyə olan inamımız tamdır.
Kürə Restoran — Halal, keyfiyyətli və ailəvi məkanda unudulmaz dadlar!